Sizin Reklam Burada

Prezident İlham Əliyevin risklərin qarşısını almaq və onları idarə etmək bacarığı - Deputat yazır

Prezident İlham Əliyevin risklərin qarşısını almaq və onları idarə etmək bacarığı - Deputat yazır
"Koronovirusun dünyada yayıldığı ilk gündən Prezident İlham Əliyevin düzgün strategiyası və qəbul etdiyi qəti qərarlar ölkəmizdə epedemiyanın tüğyan etməsinin qarşısını aldı. Pandemiyanın episentri olan İranla sərhədin dərhal bağlanması, Nazirlər Kabinetinin yanında operativ qərargahın yaradılması və onun peşəkar fəaliyyəti, təhsil müəssisələrinin qapanması, karantin tədbirlərinin genişlənməsi, ölkənin bütün resurslarının bu bəla ilə mübarizəyə səfərbər olunması, bir çox məhdudlaşdırıcı addımların vaxtında atılması, epidemiya əleyhinə rejimi pozanlara qarşı sanksiyaların və cəzaların sərtləşdirilməsi və bu kimi digər qərar və tədbirlər bizi bir çox ölkələrlə müqayisədə daha əlverişli mövqedə olmağımızı təmin etdi".

Avrasiya.net xəbər verir ki, bu barədə millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev ölkəmizdə bu istiqamətdə görülən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu gün isə Prezidentin fərmanı ilə ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu fond ilk növbədə epidemiya ilə mübarizədə ön cəbhədə olan həkim və tibb bacılarının bu müddət ərzində əmək haqlarının dəfələrlə artırılmasına və onalrın təhlükəsizliyinin təmin edilməsinə, yeni tibbi avadanlıqların alınmasına və mütəxəssislərin cəlb olunmasına sərf olunacaq. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti bir çox ölkələrdən fərqli olaraq xaotik addımlar atmır, əksinə koronavirusla mübarizədə sistemli və bir-birini tamamlayan qərarlar qəbul edir, problemin bir addım önündə getməyi bacarır.

Məhz ona görə də ölkəmizdə epidemiya ilə bağlı vəziyyət nəzarətdədir və dövlət bu istiqamətdə lazım olan hər şeyi edir.

Burada onu da qeyd etməliyəm ki, koronavisus həm də dünya ölkələrinin və onların liderlərinin bütün imkanlarını, güclü və zəif tərəflərini üzə çıxardı. Hər kəsi qəfil yaxalayan bu bəlya keç kim hazır deyildi. Avropanın inkişaf etmiş bir çox ölkə liderləri təhlükəni vaxtında düzgün qiymətləndirməyi bacarmadılar və gecikdilər. Onların bu başarısızlığının bədəli isə çox ağır oldu, nəticədə təkcə öz ölkə vətəndaşlarını deyil, bütün dünya əhalisini çox böyük risk və təhlükə ilə üz-üzə qoydular.

İtaliya, İspaniya, Fransa, Almaniya, İsveçrə və digər Avropa ölkələrində epidemiya sürətlə yayılır və can almaqda davam edir. Bunun nə ilə bitəcəyi, nə qədər insan tələfatına səbəb olacağı heç kimə bəlli deyil. Koronavirusun gətirdiyi iqtisadi çaxnaşma, insanlar arasında yaranan panika və psixoloji gərginlik pik nöqtəsinə çatmaqdadır.

Bu cür qlobal böhranlar və riskli durum dünya ölkələri və liderləri üçün bir sınaq olur, test olur. Hər bir liderin potensialı və bacarığı məhz belə çətin və gözlənilməz anlarda üzə çıxır.
Bu gün bir həqiqət bir daha təsdiq olundu ki, Azərbaycan liderinin, prezident İlham Əliyevin risklərin qarşısını almaq və onları idarə etmək bacarığı hamıdan üstündür. Bu ölkə vətəndaşlarının əminliyini və güvənliyini artıran ən vacib amildir.

Ancaq koronavirus epidemiyasına tam qalib gəlmək üçün tək prezidentin və hökumətin səyi kifayət deyil, burada biz vətəndaşlardan, hər birimizdən çox şeyi asılıdır. Belə çətin və böhranlı anda hamı səfərbər olmalı, hökumətin müəyyən etdiyi təlimatlara və qəbul etdiyi qadağalara birmənalı şəkildə əməl etməli, özümüzü və yaxınlarımızı riskə atmamaq üçün hər cür fədakarlığa hazır olmalıyıq.
Sonda isə hörmətli Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın dünən xalqa etdiyi müraciətin son cümləsi ilə fikrimi bitirmək istəyirəm: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər