Sizin Reklam Burada

Qeydiyyatı olmayan jurnalistlər, həkimlər, hərbçilər də Bakıya BURAXILMAYACAQ

Qeydiyyatı olmayan jurnalistlər, həkimlər, hərbçilər də Bakıya BURAXILMAYACAQ
19 mart saat 00:00-dan etibarən koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

Bəs, bu məqamda hər hansı çəkiliş, reportaj, yaxud iş üçün rayona getmək məcburiyyətində qalan ixtisas sahibləri-jurnalistlər, həkimlər, hərbçilərə güzəşt nəzərdə tutulubmu?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən açıqlanan məlumatda bu məqam öz əksini tapmayıb:

“Ona görə də rayon qeydiyyatında olan qeyd etdiyiniz kateqoriyadan olan şəxslərin şəhərdən çıxdıqdan sonra martın 29-na kimi Bakı, Sumqayıt və Abşerona girişinə icazə yoxdur”.

K.Əliyev hər kəsi sağlamlığımız naminə qoyulan qadağalara riayət etməyə çağırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər