Sizin Reklam Burada

Milli Məclisin komitə sədri Azərbaycan xalqını təbrik edib

Milli Məclisin komitə sədri Azərbaycan xalqını təbrik edibSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Əziz xalqımız, dəyərli dostlar!

Novruz bayramı milli sərvətimiz olaraq Azərbaycan xalqının qəlbinin bayramıdır. Mən sizin hamınızı bu əziz bayramımız münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və səadətə, məhəbbətlə dolu xoşbəxtlik arzulayıram.

Bayramların içərisində millətimiz,xalqımız üçün, ən əziz və doğma olanı Novruzdur, cünki bu bayram təbiəti dərk etmək baxımından elmi əsaslara soykənərək meydana gəlmiş, xalqımızın şüurunda özünə məxsus yer tutmuş bir bayramdır. Novruz həm də yenilik və xalqımızın birliyini göstərən bayramıdır!

Təssüflər olsun ki, bu il bu birlik bayramımızı təntənə ilə qarşılaya bilmirik. Dünyanı təşvişə salan, COVİD-19 adlanan koronavirus insanlığın qəsdinə durub,insanları bir- birindən ayrı salıb. Amma inanıram ki, tezliklə bu bəladan xilas olaraq rahat həyata, yaşayışa başlayacağıq.Bəlkə də bu bəla bir həyat dərsi olaraq insanların təbiətə,bir-birinə olan münasibətinə yenidən baxmağa vadar edəcək.Bəlkə də dünyaya ağalıq etmək istəyən dövlətlər Tanrının yaratdığı təbiətə, insana və insanlığa dəyər verərək, bu gün və gələcəkdə baş verə biləcək belə problemlərin qarşısında acızliyini dərk edəcəklər.

Problemsiz dünya yaratmaqda maraqlı olacaqlar. Mən sadəcə buna inanmaq istəyirəm.

Novruz bayramı həmçinin arzular bayramıdır.Ev şəraitində
keçirdiyimiz bu bayramda hamının öz arzularına, niyyətlərinə çatmasını istəyirəm. Arzu edirəm ki, hər bir insanın, hər bir vətəndaşımızın arzusu bu il yerinə yetsin!
Şəhid vermədən torpaqlarımızı geri alaq!

Bütun dünyada sabitlik və əminamanlıq olsun!

Heç bir insan, heç bir ailə ruzi problemi yaşamasın!

Bir daha bayramınız mübarək!!!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər