Sizin Reklam Burada

Koronavirus: “Təlaş Yox” kitabçası hazırlanıb

Koronavirus: “Təlaş Yox” kitabçası hazırlanıbSon günlər bütün dünyanın diqqət mərkəzində olan bir mövzu var - Koronavirus pandemiyası.

Minlərlə ölüm halı, saysız-hesabsız xəstələr və bütün bu olanlardan təsirlənən, təlaşlanan insanlar. Çox təbiidir ki, belə bir “müharibəyə” heç kəs hazır deyildi və döyüş meydanında silahsız qalan insanlar nə edəcəklərini bilmədikləri üçün təlaş göstərdilər. Bu da öz növbəsində yanlış addımlara və onların yaratdığı fəsadlara səbəb oldu.

Bir çoxları tərəfindən isə əksinə, qeyri-ciddi qəbul edilən bu hal İtaliya nümunəsində olduğu kimi xəstəliyin çox sürətli yayılmasına səbəb oldu. Bütün bunların səbəbi “informasiya kirliliyi”, sosial şəbəkələrdə gəzən hesabsız yanlış xarakterli məlumatlar və düzgün məlumatsız qalan insanların bunları gördükcə daha da böyük təlaşa qapılaraq etdiyi yanlış davranışlar.

Ancaq hər birimiz bu məsələyə təlaşlanmadan və ciddi münasibət göstərərək, rasional bir şəkildə yanaşmalıyıq.
Koronavirus: “Təlaş Yox” kitabçası hazırlanıb
Progress Club-un yarandığı gündən etibarən ən əsas məqsədi insanlığa faydalı ola bilməkdir. Bu istiqamətdə aparılan fəaliyyətimizdə böyük ya kiçik, atılan hər bir addım özündə bu prinsipi öncəlik kimi daşıyıb və daşımağa davam edir. Bu mövzuya da Progress Club biganə qala bilməzdi. Bunu əsas tutaraq, Archmed - School of Medicine kursu ilə birgə Koronavirus: “Təlaş Yox” Kitabçasını hazırladıq. Diqqət etməli olduğumuz məqamlar, etməli olduğumuz profilaktik tədbirlər, xəstəlik əlamətlərinə rast gəldiyimiz zaman təlaşlanmaq yerinə daha bilgili davranmaq və s. məlumatların yer aldığı bu informativ kitabçanın oxuculara faydalı olacağına inanırıq.

Son olaraq, yaşanan bu perioda həssas və ciddi, lakin təlaşsız yanaşaq. Özümüzü, doğmalarımızı və çevrəmizi qoruyaq. Bu, hər kəsin məsuliyyətidir.

Sevgiylə və sağlıqla qalmanız diləyilə,
Progress Club

https://drive.google.com/file/d/1XfQgN4O4uOq1DRITlrBzxgT3k5Mm2J5q/view?usp=drivesdk

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər