18 mar 09:52Sosial

Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi var - Operativ qərargah

Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında operativ qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

“Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq”,-deyə rəsmi məlumatda bildirilib.
XƏBƏR LENTİ
Bu gün, 16:07
Bu gün, 14:39
SORĞU