Sizin Reklam Burada

Səudiyyə səfiri vətəndaşlarına oteldə yer ayırıb - Yüksək səviyyədə nəzarətdədirlər

Səudiyyə səfiri vətəndaşlarına oteldə yer ayırıb - Yüksək səviyyədə nəzarətdədirlərSəudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Dr. Həməd bin Abdullah bin Xudeyr ölkəsindən Azərbaycana gələn 120-dən çox Səudiyyə Ərəbistanı vətəndaşına Krallığın hesabına Fairmont Baku otelində yerləşdirib.

Bunu Avrasiya.net-ə eksklüziv olaraq səfirliyin ümumi əlaqələr şöbəsinin rəhbəri və konsul köməkçisi Tərlan Novruzov bildirib.

Onun sözlərinə görə, dünyanı cənginə alan koronavirusun ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə rəsmi Bakının müxtəlif ölkələrə təyyarə reyslərinin müvəqqəti təxirə salınması səbəbindən Bakıda qalan Səudiyyə Ərəbistanı Krallığının 120-dən çox vətəndaşı cənab səfirin diqqəti və qayğısı ilə əhatələnib: “Cənab səfir, səfirliyin daxili imkanları hesabına Ərəbistan vətəndaşlarını Fairmont Baku otelində yüksək komfortlu otaqlarla və gündə üç dəfə yeməklə təmin edilib".

O da qeyd olunub ki, səfir vətəndaşların sağlamlıqlarını da nəzərə alaraq Bakıda fəaliyyət göstərən ən məşhur klinikaların biri ilə müqavilə də bağlayıb: "Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına tibbi xidmətin göstərilməsi məqsədilə 24 saat tibbi personal və zərurət olduğu halda Təcili Tibbi Yardım maşını və ixtisaslaşmış tibbi personal hazır vəziyyətdə gətirilib. Hər gün ərəblər tibbi müayinədən keçirilir, yoxlanılır, ehtiyac duyularsa lazımı tibbi yardım göstərilir".

Səfirliyin əməkdaşı prosesin həyata keçməsində səfirliyin vətəndaşlarla iş üzrə məsul şəxsi cənab Yasir A- Johani-nin əməyini də xüsusi vurğulayaraq qeyd edib ki, o, cənab səfirin tapşırığı ilə səfirlikdə qaynar xətt yaradıb. Səfirlik bu məqsədlə daim vətəndaşların durumu ilə maraqlanır və prosesi nəzarətə götürüb.

O, bildirib ki, oteldə yerləşdirilən Səudiyyə Ərəbistanı vətəndaşları tam sağlamdırlar, heç bir şikayətləri yoxdur. Hava yolu açılana qədər Səudiyyə Ərəbistanı vətəndaşları oteldə qalacaqlar. Səfirlik 24 saatlıq qaynar xətt vasitəsilə vətəndaşlarla bağlı gəraragah yaradıb, gücləndirilmiş iş rejimində çalışır.
Səudiyyə səfiri vətəndaşlarına oteldə yer ayırıb - Yüksək səviyyədə nəzarətdədirlər

Səfirlik öz vətəndaşlarını salamlayır və 24 saat sizin xidmətinizdə durmaqdan şərəf duyuruq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər