"İki ayaqlı koronavirus" lar
Amil Baycan
Çindən dünyaya ayaq açan koronavirus,artıq, dünyanın yüzdən çox ölkəsində yayılıb, 3-min nəfərdən çox insan bu virusdan dünyasını dəyişib, 60 minə yaxın insan bu virusdan sağalıb. Çox şükür.
Koronavirus dünya iqtisadiyyatına böyük zərbə vurub. Çin kimi istehsalı güclü bir dövlətlə əlaqələr tam kəsilmək üzrədir.
Bütün dünya alimləri bu virusun dərmanını tapmağa çalışır, yəqin ki, Allahın izni ilə əlac tapılacaq.
Azərbaycan dövləti Dünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım ayırdı.
Bütün dövlətlər səfərbər olub, hər bir hakimiyyət ilk növbədə öz dövlətini,millətini bu virusdan qorumağa çalışır.
Azərbaycan höküməti də bu istiqamətdə ciddi adımlar atmaqdadır.
Karatinə almaq üçün xüsusi yerlər ayrılıb, sərhədlərdə ciddi nəzarət var, təhsil ocaqları bağlanılıb, ölkədə ciddi dizenfeksiya işləri aparılır.
Hökumətin bu cür ciddi tədbirlər görməsinin əsas mahiyyəti xalqımızı bu virusdan qorumaqdır.
Amma, çox təəssüf ki, millətin içində gəzən, ümuniteti çox güclü iki ayaqlı koronoviruslar var. Onlar dünyanın mübarizə apardığı koronavirusdan qat-qat təhlükəlidir.
Çünki, onların immuniteti (sapı) özmüzdəndir.
Məlum koronavirusdan qorunmaq üçün maska, spirt lazımdır.
"İki ayaqlı koronavirus"larsa maskaları gizlədir və əlaltdan baha qiymətə satmağa çalışırlar. Biri metroda 10 qəpiklik maskanı 2 manata satır.
Biri evində gizli satır, biri yığıb, xaricə satmaq istəyir...
Biabırçılıqdır.
Çindən gələn koronavirusa əlac tapılacaq, inşallah. Amma bizim bu "iki ayaqlı koronavirus" lara əlac tapılmayacaq.
Bu və bu kimiləri hər zaman öz əməlləri ilə cəmiyyətə virus yayıblar. Biz, hər birimiz bu "İki ayaqlı karonavirus" lara qarşı mübarizə aparmalıyıq.
Allah millətimizi qorusun!