Sizin Reklam Burada

Sadiq Qurbanov komitə sədri seçilib

Sadiq Qurbanov komitə sədri seçilibYeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Sadiq Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib.

Onu da qeyd edək ki, S.Qurbanov Milli Məclisə ilk dəfə deputat seçilib. İlk dəfə deputat seçilən şəxsin komitə sədri seçilməsi ona olan böyük etimad və hörmətin göstəricisidir.

Xatırladaq ki, ölkənin dəyərli ziyalılarından, YAP qurucu üzv və funksionerlərindən biri, SOCAR Həmkarlar İttifaqının sədr müavini və İqtisad Universitetinin müəllimi olan Qurbanov Sadiq Haqverdi oğlu 1972-ci il iyul ayının 12-də Naxçıvan MR Şərur rayonunun Ələkli kəndində anadan olub. 1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbi, 1994-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsini bitirib. Həmin fakultənin dissertantı olub, eyni zamanda «Nəzəri mexanika və bütöv mühit mexanikası» kafedrasında laborant vəzifəsində çalışıb.

2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini alıb. 1997-2001-ci illərdə isə BDU-də hüquq təhsili alıb.

2001-2004-cü illərdə YAP-ın göndərişi ilə təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» fakultəsində davam etdirib.

1999-2006-cı illərdə YAP-ın icra katibliyində «Partiyalar arası əlaqələr şöbəsi»nin müdiri vəzifəsində çalışıb.

2010-cu ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsi»ndə nəzarət sektorunun rəhbəri vəzifəsində çalışıb.

Hazırda İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının baş müəllimi vəzifəsində işləyir.

Eyni zamanda “Azərbaycan Respublikası Neft – qaz sənayesi işçilərinin respublika həmkarlar komitəsində” sədr müavini vəzifəsində çalışır.

Mexanika-riyaziyyat sahəsində 11 elmi məqalənin, hüquq ixtisası sahəsində isə 15 elmi əsərlərin və «Əmək Məcəlləsinin kommentariyası» kitabının həmmüəllifidir.

Ailəlidir, üç övladı var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər