Sizin Reklam Burada

Rəşad Mahmudov: Azərbaycanda koronavirusa görə görülən tədbirlər insanların rahatlığını təmin edir (VİDEO)

Rəşad Mahmudov: Azərbaycanda koronavirusa görə görülən tədbirlər insanların rahatlığını təmin edir (VİDEO)Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər ölkəmizdəki insanların həm tibbi, həm də psixoloji baxımdan rahatlığını təmin edir.

Bunu "Trend" İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibə verən Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, koronavirusla əlaqədar Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın gündəlik məlumatları barədə Prezident İlham Əliyevə şəxsən məlumat verilir:

“Dövlət başçısı ölkə vətəndaşlarına çox gözəl mesaj verdi ki, bu gün dünyada koronavirusla bağlı mövcud olan problemlərə baxmayaraq, Azərbaycan dövləti üzərinə düşən məsuliyyəti hiss edərək lazım olan tədbirləri ən yüksək səviyyədə görməyə çalışır. Hər kəs də bilməlidir ki, ölkədə hər şey nəzarət altındadır. Bu gün dövlət bütün prosesləri koordinasiya edərək yoluxmanın qarşısının alınması, onun nəzarətdə saxlanılması üçün lazımi tədbirlər görür. Dünyada bu virusdan sığortalanmış heç bir ölkə yoxdur, onun yayılmasının qarşısı almaq mümkün deyil. Amma məsələni nəzarətdə saxlamaq insanların həm tibbi, həm də psixoloji baxımdan rahatlığını təmin edir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər