Sizin Reklam Burada

Harda biznesim var? Göstərin, sizə bağışlayım!

Harda biznesim var? Göstərin, sizə bağışlayım!
Mediaya müsahibəmdə Tovuzla bağlı sualları cavablandırarkən rayonda özümün və ailəmin heç bir biznesinin olmadığını və mənim deputatlıq fəaliyyəti dövründə torpaq sahələri almadığımızı demişəm. Təəssüflə qeyd edim ki, bəzi KİV-lər və bəzi sosial şəbəkə istifadəçiləri geniş müsahibənin məhz həmin hissəsini paylaşıblar və orada bir sıra şərhlərdə ədalətsiz fikirlər səsləndirilib. Şərhlərdə mənim və ailə üzvlərimin ölkənin digər rayonlarında hansısa biznesimin olması haqda iddialar irəli sürülüb.

Avrasiya.net xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib.

“Lakin tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanın heç bir rayonunda mənim və ailə üzvlərimin biznesi yoxdur”.

Onun sözlərinə görə, müsahibəsinin yayılan hissəsinə bəzi səhifələrdə doğru məlumatları özündə əks etdirməyən yorumlar gəlib:

“Guya mənim başqa rayonlarda biznesim var, Şəmkirdə hansısa restoranın şərikiyəm, Salyanda, Şamaxıda, Cəlilabadda və bir sıra rayonlarda biznesim var. Qoy bu iddianı irəli sürənlər, belə bir söz eşidənlər ki, filan yerdə biznesim var, gedib desinlər ki, Qənirə xanım bu obyekti, bu biznesi mənə bağışlayıb. O zaman görəcəklər ki, həmin biznesin real sahibləri ortaya çıxacaq. Çox güman ki, kimlərsə, hardasa mənim adımdan istifadə edirlər. Bizim ailəmiz 5 nəfərdir: anam, 2 qardaşım, bacım və mən. Hansımızın adına Azərbaycanda hardasa biznes olduğunu deyən adama o biznesi hədiyyə edirəm. Mən bunu tam məsuliyyətimlə deyirəm. Ölkədə heç bir biznesin arxasında Qənirə Paşayeva durmur. Mən həyatımın heç bir dövründə biznes sahəsilə məşğul olmamışam, fərqli sahələrdə çalışmışam və çalışdığım sahələrdə uğurlar qazanmağa və gücümün çatdığı qədər insanlarımız üçün faydalı işlər görməyə can atmışam. İndi də bəlkə kimlərinsə yaydığı yanlış məlumatları oxuyan vətəndaşlarımıza səslənirəm: kim desə ki, filan rayonda Qənirə Paşayevanın biznesi var, gedib o bisnesin Qənirə xanım tərəfindən ona bağışlandığını desinlər. O zaman əslində bütün gerçəklər ortaya çıxacaq. Belə məlumatları kim yayırsa, yalan yayır. Bəzi şərhlərdə elə yerlərin, elə rayonların adı çəkilir ki, özüm də heyrət edirəm. Bu haqsızlıqdır və bu cür məlumatı yayanlara insanlarımızı etibar etməməyə çağırıram”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər