Sadiq Qurbanovdan seçicilərinə TƏŞƏKKÜR
Dərc olunub:
5-03-2020, 17:10
Sadiq Qurbanov
Millət vəkili
Əziz şabranlılar və siyəzənlilər!
Bildiyiniz kimi bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilən seçkilərin nəticəsi təsdiqlənib və nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
İradənizin ifadəsi olaraq 5 il müddətində Sizlərə millət vəkili kimi xidmət göstərmək, parlamentin qanun yaradıcılıq prosesində təmsilçiniz olmaq, xalqımızın rifahı naminə ölkə rəhbərinin apardığı siyasətə dəstək olmağı mənə etimad etdiniz !
Mənə göstərilən etimada görə, hər kəsə bir daha öz dərin təşəkkürümü bildirirəm!
(şəhid ailəsi ilə görüşdən foto)