Sizin Reklam Burada

Bakı Şəhər İcra Hakimiyyəti qadınların yürüşünə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti qadınların yürüşünə icazə vermədi
Azərbaycan Feminist Hərəkatı 8 mart 15:00-da Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün martın 2-də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH müraciətə baxıb. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumatda bildirilir:

“Təklif etdiyiniz yer əhalinin sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədəmüvafiq deyil.

Yürüşün keçirilməsi üçün alternativ yer olaraq müraciət edənlərə 8 mart 2020-ci il tarixdə, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası”nın yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər