Sizin Reklam Burada

Metroda sərnişinlərə maska satan şəxs saxlanıldı

Metroda sərnişinlərə maska satan şəxs saxlanıldı
Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə ilə bağlı Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə metro stansiyasında sərnişinlərə 1 ədədi 2 manata maska satılması ilə bağlı məlumat yayılmışdı.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitenində polis şöbəsinə gətirilib. Onun barəsində İXM-in 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər