04 mar 17:10Sosial

Koronavirus cinsi yolla keçə bilər? – Androloqdan CAVAB

Koronavirus cinsi yolla keçə bilər? – Androloqdan CAVAB
Son aylarda dünyanı qorxu altında saxlayan koronavirus yayılmaqda davam edir.

Avrasiya.net xəbər verir ki, virus artıq 90 mindən artıq insanın yoluxmasına, 3200-ə qədər insanın ölümünə yol açıb.

Xəstəliyin sürətlə yayılması koronavirusun yayılma yolları ilə bağlı suallar yaradıb. “Koronavirus cinsi əlaqə yolu ilə yayıla bilərmi?”

Modern.az-a danışan androloq Orxan Ağabəyov virusun cinsi əlaqə yolu ilə yayılmadığını lakin cütlüklərin bir-birinə öpüş və nəvaziş göstərdiyi üçün hava-damcı yolu ilə viruslu partnyordan digərinə keçə biləcəyini söyləyib.

“Yəni onlar bir-birləri ilə əlaqə yaradırlar, nəvaziş göstərirlər, öpüşürlər, həmin an keçə bilər. Cinsi yolla əlbəttə ki keçmir, tənəffüs, hava-damcı yolu ilə keçir. Yəni bu iki insan cinsi əlaqəyə girirsə, əvvəlcə öpüşürlər, qucaqlaşırlar təmas qururlar, həmin anda tənəffüs yolu ilə, damcı hava yolu ilə virus keçir. Bu cinsi yolun deyil, tənəffüs yolunun infeksiyasıdır.”

Orxan Ağabəyov bəzi insanların güclü immuniteti olduğu üçün qripə belə yoluxmadığını da əlavə edib.

Bütün viruslarda, adi qrip olsa belə digər adamı yoluxdura bilər. Təbii ki, bu 100 faiz deyil. Əgər qarşı tərəfin ümmuniteti güclüdürsə, yəni tənəffüs yolu güclü olarsa, bu zaman həmin insanda xəstəlik biruzə verməyə bilər”.
XƏBƏR LENTİ
SORĞU