Sizin Reklam Burada

Ana və oğlunun müəmmalı ölümü: Əmisi intihara inanmır

Ana və oğlunun müəmmalı ölümü: Əmisi intihara inanmır
Fevralın 22-də Kürdəmir rayon Şüşən kəndində yaşadığı evin həyətindəki quyudan meyiti tapılan Leyla Cavanşir qızı Qəmbərovanın və onun azyaşlı övladının ölümünün təfərrüatı məlum olub.

Hadisə barədə Axar.az-a açıqlama verən L.Qəmbərovanın əmisi Məhəmməd Cəfərov bildirib ki, Leylanın ölüm səbəbinin qətl və ya intihar olması barədə hələlik onlarda da məlumat yoxdur.

“Leylanın da, oğlunun da ölümü müəmmalıdır və hadisənin şahidləri yoxdur. Yəqin ki, ailəsində problem olduğu üçün ölümlə nəticələnib. Heç kim durduğu yerdə intihar etməz. Yəqin, buna təhrik olunub ki, intihar edib. Əgər buna da intihar demək olarsa. 3 il idi ailə həyatı qurmuşdu, həyat yoldaşı da öz xalası oğlu idi. Özünün razılığı ilə onunla evlənmişdi, qayınata, qayınana və baldızı ilə birlikdə yaşayırdı. Leylanın sağlamlığında heç bir problem yox idi. Mətbuatda onun 1977-ci il təvəllüdlü olduğu deyildi. Amma 24 yaşı var idi, 1996-ci ildə doğulub. Ailə qurduqdan sonra bizə heç vaxt ailəsində problem olub-olmaması barədə nəsə deməyib. Mən əmisi kimi onun intihar etməsinə inanmıram. Çünki bu qətl hadisəsinə daha çox bənzəyir. Leylanın meyitinə özüm baxmışdım, sol qolunda iti alətlə dərin kəsik var idi”.

Məhəmməd Cəfərov onu da bildirib ki, Leyla Qəmbərovanın quyudan tapılmasının şahidi yoxdur:

“Leylanın özünü quyuya atması inandırıcı deyil. Oğlanın ailəsindən başqa onun quyudan tapılmasını görən yoxdur. Biz hadisə yerinə gedəndə ananı da, uşağı da yerdə uzandırılmış formada gördük. Birinci Leylanın və ya oğlu Hilalın ölməsindən də, hadisənin gecə və ya səhər saatlarında baş verməsindən də məlumatsızıq. Leylanın yas mərasimi həyat yoldaşının evində keçirildi. Meyitlər ekspertiza edilib. Gələn həftə yəqin ki, nəticəsi bəlli olacaq”.

Qeyd edək ki, fevralın 22-də Kürdəmir rayon Şüşən kəndində yaşadığı evin həyətindəki quyudan Leyla Cavanşir qızı Qəmbərovanın, evdə isə onun yaş yarımlıq oğlu Hilalın meyiti tapılıb. Hadisə ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər