Sizin Reklam Burada

Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım törədənlər layiq olduqları cəzanı alacaqlar”

Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”Azərbaycanın tanınmış kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov feysbuk səhifəsində Xocalı soyqırımı qurbanlarının müqəddəs xatirəsini yad edib: “Bir gün Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatacaqlar. Cinayət cəzasız qala bilməz. Xocalı faciəsi soyqırım və etnik təmizləmə hadisələri sırasında ən dəhşətlilərinə aiddir. Dinc əhaliyə qarşı törədilmiş vəhşiliyi unutmuruq və unutdurmuruq!

2008-ci ildən təbliğ olunan “Xocalıya Ədalət” kampaniyası da məhz Xocalı Soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı Soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.

Fəaliyyətim dövründə hər zaman müharibə həyatı görmüş, qəddarlıqla üz-üzə gəlmiş, ciddi psixoloji və fiziki sarsıntı keçirmiş həmvətənlərimizə xüsusi diqqət göstərməyə çalışmışam və zaman-zaman peşəkar tibbi heyət ilə müharibə bölgələrində xeyriyyə aksiyalarında iştirak etməyi özümə vətəndaşlıq borcu bilmişəm. Füzulidə, Ağdamda və digər cəbhəyanı bölgələrdə “Uşaqların ürəyi Qarabağda döyünür” şüarı altında 1-10 yaşlı yüzlərlə uşaqda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları həyata keçirməyimiz də, məhz belə xeyriyyə aksiyalarından idi.

Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”
Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər