Sizin Reklam Burada

"Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı

"Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı
Rusiya kriminalı yeni hesablaşma ərəfəsindədir. Bu dəfə səbəb iki "Xaç atası"nın - "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun və Aslan Usoyanın (Ded Xasan) qətli ilə bağlıdır.

Hər iki qətlin arxasındakı adamın "Merab Suxumski" kimi tanınan gürcü qanuni oğru Merab Canqveladze olduğu üzə çıxıb. Oğru dünyasının generalı sayılan Merab bu yaxınlarda 10 ilik həbsdən çıxan və İspaniyaya ekstradisiya olunan Tariel Onianin (Taro) sağ əlidir və həm Yaponçikin, həm də Ded Xasanın düşmənlərindən sayılırdı.

Məlumdur ki, hazırda həbsdə olan "Şakro" kimi tanınan Zaxari Kalaşov İspaniyadakı cəzasını başa vurub qayıdandan sonra Ded Xasanın və Yaponçikin məzarlarını ziyarət etmişdi. Şakro məzarlıqda and içmişdi ki, onların qatillərini bağışlamayacaq.

Rusiya saytları yazır ki, Ded Xasanın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, klan o zaman həbsdə olan Tarodan və Merab Suxumskidən şübhələnirdi. Amma Ded Xasan klanının qara siyahısında oğru dünyasının əsas simalarından olan mərhum Rövşən Canıyevin də (Rövşən Lənkəranski) adı vardı. /Musavat.com

Merab Canqveladze Rövşən Lənkəranskiyə yaxın adam kimi tanınıb. Onun qardaşı Levan Suxumi klanının "beyni" hesab olunurdu. Amma iddia olunurdu ki, Canqveladzelər son illər Lənkəranski ilə yaxınlıq etməyiblər. Ded Xasanın ölümündən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar. Hətta Merab Dedin tərəfdarları ilə anlaşmağa çalışıb. Canqveladzenin qardaşı - Levan Canqveladzenin isə Moskva bazarlara nəzarətlə bağlı "razborka"ların birində Lənkəranskini bıçaqlaması barədə də iddialar vardı.

Kriminal aləmin ən odioz fiqurlarından olan Merab Suxumski haqda məlumatlar çox azdır. Suxumski haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı Yutubda olan qısa videodan anlamaq mümkündür. "Merab Suxumskidən master-klass" başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar cavabsız qalır. "Master-klass" oğru dünyasında "görməmişəm, eşitməmişəm, bilmirəm" sözlərini ehtiva edir.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. "Qanuni oğru" adını gənc yaşlarında alıb. Kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı Levan 1975-ci il təvəllüdlüdür.

Yaponçiklə uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. Yaponçik tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında Lənkəranski ilə yanaşı Merab da var. Ded Xasanın qətlindən sonra da Suxumski və Lənkəranskinin adları sifarişçilər siyahısında birgə hallanıb.

Yaponçikin öldürülməsindən sonra Suxumskinin Ded Xasanla münasibətləri daha da pisləşir. 2010-cu ildə Usoyan Moskvada 50 nəfər qanuni oğrunun iştirakı ilə Merab Suxumskinin "şəxsi işinə" baxılması üçün "sxodka" çağırıb. Nəticədə Merab "oğru" adından məhrum edilib.

Rusiya saytları yazır ki, Yaponçikin qətlinin sifarişçisi də artıq məlumdur. Bu, mafiya ilə sıx ilişgiləri olan İlya Simoniyadır. "Maxo" ləqəbi ilə tanın İlya Simoniya 2019-cu ildə Merabın dəstəyi ilə qanuni oğru titulunu özünə qaytarıb. Hazırda onun tutulması üçün ittiham aktı hazırlanır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər