Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi
Dərc olunub:
24-02-2020, 13:30
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.az-a Hafiz Hacıyevin özü məlumat verib. O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır:
“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm".
Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.