21 fev 15:37Sosial

Bu heç də son deyil, proses davam edəcək - Politoloq Neftçaladakı əməliyyatdan yazdı

Bu heç də son deyil, proses davam edəcək - Politoloq Neftçaladakı əməliyyatdan yazdıVasif Əfəndi
politoloq

Son zamanlar Azərbaycan prezidentin icra hakimiyyətləri başçılarına intensiv olaraq xəbərdarlıqlar etməsi bu strukturun zamanın tələbi ilə ayaqlaşa bilməməsi anlamına gəlir.

O səbəbdən də tez-tez dövlət başçısı İcra başçılarını işlərindəki nöqsanları aradan qaldırmağa dəvət etsə də neqativ hallar ortadan qalxmır. Əksinə, əhalinin icra strukturlarından narazılıqları artmaqda davam edir. Preizdent Administrasiyasına göndərilən şikayət məktublarının 90 faizi icra strukturlarının yartımaz işindəndir.

2019-cu ildə görülən tədbirlər və həbslərə baxmayaraq , prezidentin kəskin xəbərdarlıqlarını heçə alan icra başçısı yenidən tapıldı. Bu heç də son deyil və prosesin davam edəcəyi şübhəsizdir. Lakin görünən odur ki, hazırki icra hakimiyyətləri sistemi yeni situasiyaya uyğunlaşa bilmir. İdarəetmə strukturlarında köklü dəyişikliklərin olması lazımdır. İcra hakimiyyətlərinin yaratdığı amirlik sistemi kollegial orqanla əvəz olunmalıdır.

İcra hakimiyyətləri yerlərini seçkili qurumlara və bələdiyyələrə verərək yeni idarəetmə sisteminə keçid edilməlidir. Bunun üçün islahatlar konstitusiyada dəyişikliyin edilməsi ilə davam etdirilməlidir.
XƏBƏR LENTİ
SORĞU