Sizin Reklam Burada

"Gənclər özlərini siyasi partiyalarda təsdiq etməlidirlər"

"Gənclər özlərini siyasi partiyalarda təsdiq etməlidirlər"Ölkədə yeni gənclər hərəkatı formalaşır?- iki rəy
Son günlər Azərbaycanın ictimai-siyasi həyatında gənclərin rolu artıb. Gənclər sosial şəbəkələrdə siyasi proseslərə reaksiya verir, müxtəlif formalarda təşkilatlanaraq hətta dinc aksiyalara da qoşulurlar. Xüsusilə də növbədənkənar parlament seçkiləri ərəfəsi və sonrası bu kimi halların şahidi oluruq.

Yada salaq ki, Azərbaycanda 2005-ci ildən etibarən gənclər hərəkatları yaranmağa başlamışdı. Həm müxalifətyönlü, həm də iqtidar tərəfdarı olan gənclər hərəkatı xeyli aktiv idi. Müxalifyönlü hərəkatın nümayəndələri ilə iqtidaryönlü gənclərin arasında debatlar təşkil olunur, fikir mübadilələri aparılırdı.

Eyni zamanda bu hərəkatın üzvləri müxtəlif sosial layihələr həyata keçirib, aktiv siyasətlə də məşğul olurdular. Nümunə kimi “Dalğa”, “NİDA”, “İrəli” hərəkatlarını, həmçinin müxtəlif partiyaların daxilində təşkilatlanan gəncləri göstərə bilərik. Bütün bu hərəkatlar da hansısa hadisələrin fonunda yaranmışdı. O zamanlarda da hansısa hadisə ətrafında fikir mübadiləsi aparıb, aksiyalar keçirən gənclər sonradan hərəkat formasında təşkilatlanmışdılar.

“Yeni Müsavat”a danışan AG Partiyanın sədri Tural Abbaslı bildirib ki, gənclər hərəkatı öz-özlüyündə yarana bilməz: “Bu, hansısa proseslər fonunda aktivləşir. 2010-cu ildə də ”Ərəb baharı" və parlament seçkiləri fonunda gənclər təşkilatları yaranmışdı. 2020-ci il seçkilərində də insanlar dəyişiklik istəyirdilər. Bu, siyasi tələbdən daha çox bioloji tələbə çevrilib. İnsanlar artıq 25-30 ildir eyni uğursuz və miskin adları deputat, nazir kimi görməkdən yorulublar. Onlar yeni adlar, siyasilər tələb edirlər. Bunu da hakimiyyət nəzərə almalıdır. Nəzərə almadıqda bu, siyasi qarşıdurmalara gətirib çıxara bilər. Hesab edirəm ki, hazırda təkcə gənclər deyil, bütün cəmiyyət aktivləşib. Artıq insanlar sosial şəbəkələrdə siyasi statuslar yazıb, baş verən proseslərə reaksiya verirlər. Əsasən də gənclər aktivdirlər. Adam var ki, 25 ildir deputat “seçilir”. Bu, doğru qəbul edilmir. Ona görə də hərəkatların yaranmaması, qarışıqlığın düşməməsi üçün dəyişikliklər labüddür".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a söyləyib ki, sosial şəbəkələrdə də aktiv olan deputatlığa namizəd kimi hansısa gənc namizədlərin hərəkat yaratma istiqamətində addımlarını müşahidə etməyib: “Bu günə qədər belə bir prosesin şahidi olmamışam ki, narazı olan namizədlərin hansısa hərəkat yaratmaq niyyətləri var. Çünki bu prosesindən öncə həmin gənc özünü mətbuatda, siyasi meydanda ifadə etməlidir. Bu prosesin başlanmasının görüntüsü olmalıdır. Hazırda həmin görüntünün şahidi olmamışam. İkincisi də bir məsələni qeyd edim. Əgər sən gəncsənsə, bu, o demək deyil ki, müvafiq dövlət qurumlarına təyin edilməli, yaxud da mütləq şəkildə deputat olmalısan. Gənc ilk növbədə özünü ifadə etməlidir. İstər siyasi partiyalarda, istər vətəndaş cəmiyyətində özünü ifadə etməli və proses də bununla başlamalıdır. Gənclər bacarıqlarını ortaya qoymalı, önə çıxmalıdırlar. Mən çox gənc yaşından Abşeron rayonundan bələdiyyə üzvü seçilmişəm. Ancaq ona qədər də özümü ifadə etmə imkanım olub. Bu prosesə qədər parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Eyni zamanda Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasında gənclər şöbəsində müdir olmuşam. Mütləqdir ki, bu fəaliyyət istiqamətində gənclər özünü ifadə etsin. Parlament kiminsə təmsilçiliyindən daha çox qanunverici orqandır. Burada peşəkarlıqla yanaşı siyasi fəaliyyət istiqaməti də olmalıdır. Sizin parlamentdə hansısa fəaliyyətiniz təkcə bir sahəni əhatə etməli deyil. Burada kifayət qədər siyasi təcrübə də olmalıdır. Çünki parlament qanunu yaradan bir orqandır. Deputat seçilən şəxs hər hansı bir qanunun yaranmasında vasitəçi olmalıdır. İstər məhkəmə-hüquq sisteminin qurulmasında, istər insan hüquqlarının müdafiəsində və digər fəaliyyət növünün seçilməsində iştirakın olmalıdır. Buna görə də sahələrlə bağlı mükəmməl bilgiyə sahiblənməlisən. Ona görə də düşünürəm ki, bu gün üçün həmin proses aparılmır”.

Orduxanlı bildirib ki, gənc olmaq kiməsə əsas vermir ki, o, parlamentdə təmsil olunsun: “20 ildən artıqdır ki, aktiv siyasətdəyəm və özüm də gəncəm. Ancaq parlament seçkilərində uğur əldə edə bilmədim. Yeni Azərbaycan Partiyasının namizədi qalib gəldi. Buna etiraz etmirəm. Eyni zamanda ölkədə gənclər hərəkatının başladığını da söyləmək olmaz”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər