Sizin Reklam Burada

Azərbaycanda qalmaqallı kitab yazıldı - Məşhur hüquqşünas Ramil Usubov, Namiq Abbasov və digər məmurların obrazını yaratdı

Azərbaycanda qalmaqallı kitab yazıldı - Məşhur hüquqşünas Ramil Usubov, Namiq Abbasov və digər məmurların obrazını yaratdı
Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovin qalmaqal doğura biləcək yeni kitabı nəşr olunub.

Modern.az saytı xəbər verir ki, “Qanun” nəşriyyatında buraxılan “Acı həqiqət” adlı kitabda 1990-cı illərdə Azərbaycanın mövcud ictimai-siyasi mənzərəsi təsvir edilib.

Müəllif həmin dövrdə ölkədəki kriminogen durumu, dövlət idarəçiliyi orqanlarındakı vəziyyəti, cinayətkarlıqla mübarizəni təsvir edib. Faktlara, cinayət işi materiallarına söykənən bu əsərdə mərhum Prezident Heydər Əliyevin, eləcə də dövlət idarəçiliyində çalışmış bir çox məsul şəxslərin bədii obrazları yaradılıb.

Sənədli povestin əsas qəhrəmanları sırasında sabiq daxili işlər naziri Ramil Usubov, keçmiş baş prokuror Eldar Həsənov, eks-milli təhlükəsizlik naziri Namiq Abbasov və digər yüksək vəzifələr tutmuş məmurlar da yer alır.

Müəllif hakimiyyət strukturlarında baş verən intriqalar, danosbazlıq, xəbərçilik, korrupsiya əməliyyatları, hüquq-mühafizə orqanlarının kriminal aləmlə əlaqələri, sifarişli həbslər və sifarişli qətllər barədə yazıb.

“Acı həqiqət” kitabının səs-küy doğuracağı, qalmaqala səbəb olacağı gözlənilir.

Xatırladaq ki, İsa Nəcəfov 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləyib.
22 mart 2002-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. 6 aprel 2012-ci ildə Milli Məclisin qərarı ilə yenidən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

O, bir neçə kitab müəllifidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər