20 fev 13:15Sosial

29 yaşlı Bakı sakini yoxa çıxıb - Foto

29 yaşlı Bakı sakini yoxa çıxıb - Foto
Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü Nəriman Əliyev 18 fevral tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə Oxu.Az-a N.Əliyevin qardaşı Elgiz Əliyev məlumat verib.

O bildirib ki, evdən çıxan zaman Nərimanın əynində qara şalvar, qara köynək və eyni rəngdə gödəkçə olub:

“Evi Nərimanov ərazisində yerləşir. Qardaşım iki gün əvvəl 22:00 radələrində evdən çıxıb və bir daha qayıtmayıb. Onun telefon nömrələrinə zəng çatmır. Evdən getməsinə hər hansı bir səbəb görmürük, problemsiz insandır. Onun üçün çox narahatıq.

Evlidir, bir qızı var. Görənlərdən (055) 955-10-00 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur”.
XƏBƏR LENTİ
SORĞU