Sizin Reklam Burada

Gözünü açması sağalması demək deyil - Həmidovun həkimi

Gözünü açması sağalması demək deyil - Həmidovun həkimi
İsgəndər Həmidov artıq gözünü aça bilir, çağıranda hiss edirsən ki, eşidir. Həmçinin ağrıya reaksiya da verir.

Bu sözləri Axar.az-a tibb üzrə professor, İsgəndər Həmidovun yatdığı “City Hospital” xəstəxananın həkimi Adil Qeybulla sabiq daxili İşlər nazirinin durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, İsgəndər Həmidovun durumu hələ də kritik ağır olaraq qalır. Yeganə sevindirici hal vəziyyətində geriləmə olmamasıdır:

“İsgəndər Həmidovun durumunda bizi ümidləndirən hallar var. Ancaq bu, onun mütləq sağalacağı anlamına gəlmir. Çünki bu beyin komasıdır və hər an hər şey ola bilər. Bu kimi xəstələrdən gözünü açıb sağalanı da olub, dünyasını dəyişəni də. Ümumiyyətlə, beyin koması ilə bağlı proqnoz vermək çətindir. Onu deyə bilərəm ki, kritik dövrü adladıb. Ancaq durumu kritik olaraq qalır”.

Xatırladaq ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov 25 gündür komadadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər