Sizin Reklam Burada

Azərbaycanlı jurnalistin Quzey Kıbrıs haqqında kitabı çap olunub

Azərbaycanlı jurnalistin Quzey Kıbrıs haqqında kitabı çap olunub
Kitab Azərbaycan dili ilə yanaşı, ingilis və türk dillərində də oxuculara təqdim olunacaq.

Jurnalist Böyükağa Mikayıllının “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” adlı kitabı çapdan çıxıb.

Müəllif bu kitabda Akdənizin inci suları ilə əhatələnmiş Kıbrıs adasının tarixindən, adanın ən qədim sakinləri olan türklərin milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən, adanın dünyada tanınan görkəmli şəxsiyyətlərinin həyatından bəhs edir. Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaradılması, xüsusilə 1950-ci illərdən sonra adada baş verən siyasi hadisələr, rum millətçilərinin türklərə qarşı törətdikləri soyqırım, Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi Barış hərəkatı, Kıbrıs türklərinin öz haqları uğrunda apardıqları qəhrəmanlıq mübarizəsi aydın şəkildə, faktlara istinad edilməklə oxucuya çatdırılır.

Kitabda Barış hərəkatından sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin həyatında müsbətə doğru baş verən dəyişikliklər, ictimai-siyasi sabitliyin bərpa olunması, ölkənin dinamik inkişaf yoluna qədəm qoyması, xüsusilə təhsil sahəsinin inkişafı, dünyanın qabaqcıl universitetləri ilə rəqabət apara biləcək ali təhsil müəssisələrinin yaradılması jurnalistin araşdırdığı əsas sahələr kimi diqqəti cəlb edir. Jurnalist Quzey Kıbrısı addım-addım gəzərək Kıbrıs türkünün məişətini, həyat tərzini, arzu və istəklərini, inancını, tarixdən bu günə yaradıcılıq imkanlarını, sarsılmaz ruhunu, bu ruhun yaratdığı, miras qoyduğu əzəmətli tarixi abidələri, mədəniyyət incilərini dünya oxucusuna göstərir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın Quzey Kıbrısa səyahət edənlər, təhsil mütəxəssisləri, müəllimlər, Kıbrısın tarixini araşdıranlar, bu ölkədə təhsil almaq arzusunda olanlar, ümumiyyətlə ürəyində Kıbrıs sevgisi yaşadanlar üçün maraqlı olacağına inanırıq.
Qeyd edək ki, kitabın Azərbaycan və ingilis dillərində versiyaları çap olunub. Yaxın günlərdə Türkcəyə uyğunlaşdırılmış variant oxuculara təqdim ediləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər