MSK açıqladı: Hələ 100-ü qalıb..
Dərc olunub:
14-02-2020, 00:55
Biz dəfələrlə demişik ki, seçicinin harada qeydiyyatda olması qanun pozuntusu deyil. Seçicinin qeydiyyatda olmadığı seçki məntəqəsində səs verməsi qanun pozuntusudur.
Avrasiya.net xəbər verir ki, bunu MSK-nın sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.
O qeyd edib ki, MSK sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırır. Onun sözlərinə görə, araşdırmalarda sosial şəbəkələrin böyük rolu var:
“Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır”.
MSK üzvü Rövzət Qasımov isə indiyədək 200-ə yaxın video araşdırdıqlarını bildirib.
Qeyd edək ki, MSK katibi Mikayıl Rəhimov Mərkəzi Seçki Komissiyasının seçki pozuntusu ilə bağlı sosial şəbəkələrdə yayılan 300 videonu araşdırdığını bildirmişdi.