13 fev 10:47Sosial

“Ayə ölüf, ölüf” - Videonun saxta olduğu deyilir - VİDEO

“Ayə ölüf, ölüf”  - Videonun saxta olduğu deyilir - VİDEOHər kəsə yaxşı məlumdur ki, 9 fevral tarixi ölkəmizin həyatında mühüm ictimai-siyasi proses olan Milli Məclisə seçkilər günü kimi yaddaşlara yazıldı. Bu gün çox təəssüf hissi ilə qeyd edirik ki, həmişə olduğu kimi, ölkə Prezidentinin iradəsi əsasında reallaşan bu siyasi kampaniya zamanı da müxalif qüvvələr öz çirkin əməllərindən əl çəkmədilər. Hər dəfə etdikləri kimi, bu dəfə də siyasi kampaniyaya qara yaxmaq, ləkə salmaq məqsədilə müxtəlif ucuz yollara əl atdılar. Həmin ucuz yollardan biri də son zamanlar sosial şəbəkələrdə kütləvi şəkildə “Ayə ölüf, ölüf” başlığı altında yayılan videodur ki, müxalif qüvvələr bu gün də o videodan öz məkrli işləri üçün istifadə edirlər.

Mediaxeberleri.Az xəbər verir ki, 107 saylı Qazax Dairə Seçki Komissiyasının 1 saylı məntəqəsində qeydə alınan həmin videoda guya seçici siyahısında ölmüş bir seçicinin adının olması və məntəqədə həmin şəxsin səs verməsinin tələb olunduğunu əks etdirən kadrlar yer alır. Diqqətinizə çatdırırıq ki, həmin videoda göstərilənlər tam təxribat xarakterlidir. Videonun əsl mahiyyəti tam kənarda qalıb. Özlərinə sərf edən hissəni saxlayan müxalif qüvvələr kontekstdən çıxarış ediblər. Əsl həqiqət isə başqadır.

107 saylı Qazax Dairə Seçki Komissiyasının 1 saylı məntəqəsində görüntüləri yayılan və sosial şəbəkədə anlaşılmazlığa səbəb olan seçici Lalayev Xanlar Elburus oğlu məntəqədə səs-küy salaraq “Mənim keçmiş həyat yoldaşım ölüf, niyə ona bildiriş göndəribsiniz, ancaq təzə həyat yoldaşıma yox”, - deyərək keçirilən seçkiyə kölgə salmağa çalışdığını səs tonundan da aydın şəkildə nümayiş etdirir. 2 uşaqla onu atıb, başqası ilə gedən keçmiş həyat yoldaşı Əyyubova Elnurə Əhməd qızına aqressiyalı olduğu üçün onu ölmüş kimi qələmə verərək ünvanına o sözü işlədir və o, ölüf, ölüf deyir. Məntəqə Seçki Komissiyasının giriş qapısında isə seçicini qarşılayan 1 saylı məntəqənin üzvü Qasımov Nizami Benser oğlu onun yeni həyat yoldaşı Tərminə Lalayevanın qeydiyyat yeri Qazax rayon Daş Salahlı kəndində olduğundan ona Məntəqə Seçki Komissiyasını tərk etməyi bildirib.

Əsl mahiyyəti yuxarıda qeyd etdiklərimizdən ibarət olan məsələni şouya çevirərək öz xeyirlərinə istifadə edən müxalif qüvvələr bu cür addımları ilə ölkənin, Azərbaycan xalqının adına hər zaman ləkə gətirdiklərini bir daha sübut etmiş oldular. Bu cür hərəkətə əl ataraq həmişə ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan tədbirlərə kölgə salmağa çalışdıqlarını açıq şəkildə nümayiş etdirdilər.
XƏBƏR LENTİ
Dünən, 12:54
SORĞU