Vilayət Eyvazov daha bir rayona rəis təyin etdi
Dərc olunub:
12-02-2020, 19:21
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
Avrasiya.net APA-ya istinadən məlumat verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Rufan Həsənov təyin olunub.
Qeyd edək ki, buna qədər R. Həsənov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi olub.