Sizin Reklam Burada

HDİM sədri: “Seçkilərin mütləq qalib var, o da Azərbaycan dövlətidir”

HDİM sədri: “Seçkilərin mütləq qalib var, o da Azərbaycan dövlətidir”“Fevralın 9-da keçirilən parlament seçkilərində şəffaflığın təmin edilməsi, azad seçki mühitinin yaradılması, müəyyən yeniliklərin tətbiq olunması Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu prosesinə sədaqətli olduğunun əyani sübutu sayıla bilər. Tam qətiyyətlə demək olar ki, azad və demokratik şəraitdə keçən 9 fevral parlament seçkiləri sosial-iqtisadi sahədə böyük uğurlara imza atan Azərbaycanın gələcək inkişafında əhəmiyyətli rol oynayacaq”.

Bunu “Səs” informasiya agentliyinə açıqlamsında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev deyib.

Onun sözlərinə görə, hələ seçkilərin birinci mərhələsində müstəqillik tariximizdə ən çox namizədin- 2300-ə yaxın şəxsin namizədliyinin irəli sürülməsi və 1479 nəfərin qeydə alınaraq seçki marafonuna qatılması seçkiöncəsi əlverişli demokratik mühitin yaradılmasının nəticəsi kimi qiymətləndirilməlidir: “Seçkilərin təbliğat-təşviqat kampaniyası dövründə qeydə alınan namizdələrə bərabərhüquqlu şəraitin yaradılması, azad rəqabət mühitinin formalaşması seçicilərə öz seçimlərini dəqiqləşdirməyə imkan yaratdı. Seçkilərdə bitərəf namizədlərlə yanaşı, 28 siyasi partiyanın namizədlərinin iştirak etməsi, seçkilərə yüksək marağın və dəyərin nəticəsi kimi qiymətləndirmək olar. Sekiləri izləmək üçün müxtəlif beynəlxalq təşkilatlardan, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan, TÜRKPA-dan, MDB Paralamaentlərarası Assambleyası Şurasından və Avropa Şurasından nümayəndə heyətləri ölkəmizə gələrək seçkiləri müşahidə etmişlər. Ümumilikdə, istər yerli, istərsə də, xarici müşahidəçilrin rəyləri ondan ibarətdir ki, 9 fevral parlament seçkilər xalqın iradəsi əsasında, azad və demokratik şəraitdə keçib. Bütün bunlar isə, bir daha onu deməyə əsas verir ki, seçkilərin mütləq qalib var, o da Azərbaycan dövlətidir. Azərbaycanın müstəqlllik tarixinin daha bir uğurlu səhifəsi olan parlament seçkilərində qalib olan hər kəsi isə, təbrik edir, onlara xalqımız və dövlətimiz naminə xeyirli, gərkli fəaliyyətlərində uğurlar arzu edirik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər