Sizin Reklam Burada

İsgəndər Həmidov üçün Türkiyədən həkimlər gəldi

İsgəndər Həmidov üçün Türkiyədən həkimlər gəldiTürkiyədən gələn həkimlər İsgəndər Həmidovun durumunda müəyyən ümidlər olduğunu bildirdilər. Bu səbəbdən müalicənin davam etdirilməsi qərarı verildi.

Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla ötən ayın 24-dən komaya düşən sabiq daxili işlər naziri İsgəndər Həmidovun durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla qeyd edib ki, İsgəndər Həmidovun durumu ağır olaraq qalmaqdadır:

“Ancaq bu, “heç ümid yoxdur” anlamına gəlmir. İntensiv müalicə davam edir. Ötən həftə Türkiyənin “Avrasiya” klinikasından gəlmiş həkimlərin iştirakı ilə İsgəndər Həmidovun konsultasiyası aparıldı. Neyrocərrah və reanimatoloq gəlmişdi Türkiyədən. Onlar da Həmidovu yoxladıqdan sonra vəziyyətini ağır kimi qiymətləndirdilər. Ancaq onlar da bildirdilər ki, vəziyyət sıfır da deyil. Yəni müəyyən ümidlər olduğuna görə müalicənin davam etdirilməsinə qərar verildi”.

A.Qeybulla bildirib ki, türkiyəli həkimlər İ.Həmidovun Türkiyəyə aparılmasına ehtiyac olmadığını bildiriblər:

“Neyrocərrah əməliyyat məqsədilə gəlmişdi. Ancaq konsultasiyadan sonra əməliyyat məqsədəuyğun sayılmadığı üçün baş tutmadı. Türkiyəyə aparılmasına da ehtiyac olmadığı qənaətinə gəlindi”.

Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər