Sizin Reklam Burada

Bakıda İranın milli bayramı qeyd edildi

Bakıda İranın milli bayramı qeyd edildi
İranın milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbiri giriş sözü ilə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açıb.

Səfirin çıxışını olduğu kimi təqdim edirik:

Allahı adı ilə

Azərbaycan Respublikası baş nazirinin müavini,
çox hörmətli cənab Şahin Mustafayev!

Möhtərəm qonaqlar, xanımlar və canablar!

İran İslam Respublikasının Milli Bayramını qeyd etmək üçün bizə qoşulduğunuza görə hamınıza səmim-qəlbdən təşəkkür edirəm. İranda İslam inqilabının qələbə çalmağından illər ötür və böyük iftixar hissi ilə inqilabın 41-ci ildönümü tədbirində Siz əziz qonaqlara ev sahibliyi edirəm.

Azadlıq və istiqlaliyyət böyük İran xalqının inqilab yolu ilə əldə etdiyi çox qiymətli dəyərlərdir. Bu gün biz fəxr edirik ki, milli qərarların qəbul edilməsində heç bir xarici qüvvədən asılı deyilik. Bizim qüdrətimiz öz daxilimizdən qaynaqlanıb və İran öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün yalnız böyük güclərin mənafeyini təmin edən heç bir hərbi və təhlükəsizlik blokuna qoşulmağa möhtac deyil. İnqilabın heyranedici nailiyyətləri nəinki siyasi sahələrdə, eləcə də iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəniyyət, incənət, elm və hərbi-müdafiə sahələrində də diqqət çəkir.

Əziz qonaqlar!

Onilliklər ərzində ABŞ tərəfindən tətbiq edilən zalım və ədalətsiz sanksiyalar İranı diz çökdürə bilməmişdir. Bu gün İran islam Respublikası regional və beynəlxalq səviyyədə öz nüfuzunu artıraraq qalibcəsinə və qürurla ayaqda durur. Bütün bu sanksiyalara rəğmən bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmə, nüvə elmi, tibb, nano-texnologiya, hərbi təchizatların və silahların istehsalı sahələrində böyük uğurların əldə edilməsi İran xalqının dünya imperializminə qarşı 41 illik müqavimətinin nəticəsidir.

Xanımlar və cənablar!

İran İslam Respublikası bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyir, Azərbaycan Respublikasına gəldikdə isə biz mümkün olan ən yüksək əlaqələri arzu edirik. Birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran islam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu əbədidir. Prezident Həsən Ruhani və Prezident İlham Əliyev arasında olan çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır.

İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır. İran, Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir və bu fakt iki xalqın bir-birinə olan qardaşlıq sevgisinin təzahürüdür, həmçinin iki ölkənin rəsmi şəxslərinin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri ölkələrimiz arasında olan yüksək münasibətin göstəriciləridir. Böyük sevinc hissi ilə diqqətinizə çatdırıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının möhtərəm prezidenti cənab Doktor Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcəkdir.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin öz tarixində ən yüksək səviyyədə olduğuna şahidlik etdiyimə görə çox şadam. İki ölkə arasında imzalanmış çoxsaylı müqavilələr, müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrdə icra olunan birgə layihələr, o cümlədən bütün region üçün böyük əhəmiyyət kəsb edən Şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi bizim iddialarımızı təsdiq edir.
Möhtərəm tədbir iştirakçıları!

Bu il İran İslam Respublikasının Milli günü onun ən böyük övladlarından birinin şəhadətinin 40-cı gününə təsadüf edir. İllərlə regionda terrorizm və onun İŞİD kimi təzahürlərinə qarşı vuruşan General Şəhid Qasim Süleymani terrorçu ABŞ dövlətinin xain hücumu nəticəsində şəhadətə çatdı. Heç də səbəbsiz deyil ki, İŞİD-in bir nömrəli düşməni bu terrorçu qrupu yaradanın əli ilə şəhid edildi. Bütün digər dəyərlər kimi azadlıq, istiqlal, sabitlik və təhlükəsizliyin öz qiyməti var və Şəhid Süleymani bu dəyərləri qorumaq üçün verdiyimiz nə birinci, nə də sonuncu şəhid deyil.

Hörmətli qonaqlar!

Fürsətdən istifadə edib bir daha hamınıza İran İslam inqilabının 41-ci ildönümü və ölkəmizin Milli günü tədbirində iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm!

Diqqətinizə görə təşəkkür edirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər