Sizin Reklam Burada

Səudiyyə kəşfiyyatı ilə məxfi görüş - Sensasion Süleymani iddiası

Səudiyyə kəşfiyyatı ilə məxfi görüş - Sensasion Süleymani iddiasıİranlı diplomat Əmir Musəvi İŞİD terror təşkilatının bir sıra üzvlərinin Bəşər Əsəd ordusuna qatıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Musəvi İŞİD-çilərin Əsəd ordusunun sırasında Dəyr əz-Zor əməliyyatlarında iştirak etdiyini də sözlərinə əlavə edib.

Onun sözlərinə görə, İranın dini lideri Əli Xamenei SEPAH-a İŞİD militanları da daxil olmaqla, özlərinə qarşı döyüşən qüvvələri öldürmək yerinə, əsir götürərək islah etmək tövsiyəsini verib.

Musəvi bu tövsiyəsinin bəzi terrorçuların Suriyada Bəşər Əsəd ordusuna qatılmasına imkan yaratdığını deyib:

“İŞİD-in bəzi suriyalı militanları günahlarının kəffarəsini ödəmək üçün Suriya ordusunun sırasında Dəyr əz-Zor şəhərinin ələ keçirilməsi əməliyyatlarında iştirak edib. Suriya rejimi isə onlardan torpaqlarını xilas etmək məqsədilə istifadə etdi”.

Əmir Musəvi ABŞ ordusu tərəfindən öldürülən general Qasım Süleymaninin İranın əzəli düşməni Səudiyyə Ərəbistanına qarşı isti münasibətinin olduğunu iddia edib:

“O, həmişə Səudiyyəyə kömək etməyimizin tərəfdarı olub. Çünki Səudiyyə Ərəbistanının həm özünə, həm də bölgə üçün təhlükəli olan yanlış düşüncələrə inandırıldığını deyirdi. Süleymani Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən gələn təhlükəsizlik orqanlarının əməkdaşları ilə danışmağı sevirdi”.

Musəvi Qasım Süleymaninin Qüds Briqadasının komandanı olduğu dövrlərdə Latın Amerikası və Avropa ölkələrinə səfər etdiyini də iddia edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər