Sizin Reklam Burada

Səsvermə başa çatdı

Səsvermə başa çatdı
Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə mərhələsi başa çatıb.

Seçkilər 125 seçki dairəsi üzrə ümumilikdə 5573 seçki məntəqəsində keçirilib.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Səsəvermə günü 5 milyon 329 min 460 seçicinin məntəqələrə gələrək bu hüququndan istifadə etmək imkanı olub. Seçicilərin səsvermə hüququnu reallaşdırması üçün 5 milyon 387 min 600 ədəd bülleten çap edilib.

Parlament seçkilərini izləmək üçün 77 790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Seçki məntəqələri saat 19:00-da axırıncı seçici məntəqəni tərk etdikdən sonra bağlı elan olunub. Bundan sonra səslərin sayılması prosesi başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər