Sizin Reklam Burada

125 saylı seçki dairəsində nə baş verir? - Namizəddən ŞOK açıqlamalar

125 saylı seçki dairəsində nə baş verir? - Namizəddən ŞOK açıqlamalar125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Emin Əliyev Avrasiya.net-ə bildirib ki, təəssüflə qeyd edək ki, hələ daş dövrünün qaydaları ilə düşünən məmurlar, məntəqə nümayəndələri artıq İmamverdi ismayılovun xeyrinə nəticələri saxtalaşdırmağa cəhd edirlər.

Baxmayaraq ki, namizədlərin nümayəndələri, vəkilləri, məşvərətçiləri bu pozuntulara qarşı çıxmağa çalışsalar da onlar inzibati vasitələrdən istifadə edirlər.

Belə ki, dairənin 38 saylı məntəqəsində İmamverdi İsmayılovun xeyrinə 40-a dək toplu bülleten atılması faktı aşkar edilib, aktlaşdırılılıb. Lakin məntəqə sədri bunu digər namizədlərin seçki prosesini pozmaq üçün etdiyini bildirib.

E.Əliyev deyib ki, özü də şəxsən həmin məntəqədə olub. Sədr Müşgünaz Muradova ilə söhbət zamanı o bu hadisənin baş verdiyini bildirsə də, günahkar olmadığını qeyd edib.

Daha sonra 10 saylı məntəqədə də sədrin 4, katibin isə 2 toplu bülleteni seçki qutusuna atdığı müəyyən edilib.

Sədr Təşkilat Muradov isə E.Əliyevlə telefon danışığında ona bu səhvi bağışlamağı və bir daha belə bir hadisənin olmayacağını bildirib. Lakin o, bu qəbildən olan halları hələ də davam etdirdiyi müəyyən olundu.

Namizəd qeyd edib ki, Şirvan şəhərində olan 22 saylı seçki məntəqəsinə isə Zəngilan rayon icra başçısının müavini Xanım Rüstəmova daxil olub və orada 1 saatadək qalıb. Bu isə qanunsuzluqdur. Bu hal ona deyilsə də o, YAP üzvü olaraq oraya getdiyini bildirib.

Məntəqə sədri Eyvaz İbadovla danışığımız zamanı isə o X.Rüstəmovanı dəvət etmədiyini və özünün gəldiyini bildirib və onu məntəqədən çıxara bilmək səlahiyyətində olmadığını deyib.

Son məlumata görə, 38 saylı məntəqədə olan 4 müşahidəçi Abşeron polisinı aparılıb. Müşahidəçilərə bildirilib ki, bir şərtlə buraxıla bilərlər ki, məntəqəyə getməsinlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər