Sizin Reklam Burada

"Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır"

"Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır"
“Seçki prosesinin ideal keçdiyini desək, bu utopik bir yanaşma olar. Dünyanın heç bir yerində ideal seçki yoxdur”.

Bu sözləri MSK sədrinin müavini Rövzət Qasımov seçkinin hazırkı vəziyyətini şərh edən zaman deyib. Bildirib ki, seçki prosesi çox canlı keçir:

“Seçki maraqlı, emosiyaların tüğyan etdiyi bir prosesdir. Desək ki, namizədlər bir-birinə qarşı tam rəğbətlə yanaşır, bu qeyri-real olar. Ancaq dediyim kimi, bu, bir mübarizədir və burada istər istəməz emosiyalar ortaya çıxır. Biz sosial şəbəkələrdə yayımlanan məlumatları da araşdırırıq. Çox zaman bu şikayətlər bir neçə namizədin əhatəsində tirajlanır. Narazı olan namizədlər, onların müşahidəçiləri bir qədər hərarətlə yanaşır. Namizədlərin qanunları çox səthi bilib nələrsə tələb etmələrinə baxmayaraq seçki dairələrində çox səbirlə onlara davranılır və qaydalar izah olunur. Seçicilər qaynar xəttə müraciət edir ki, namizədlərin nümayəndələri qışqıraraq danışır. Bu qeyri-etik haldır. Bəzən məntəqə seçki komissiyalarının işinə mane ola biləcək hallar yaşanır. Hazırda kifayət qədər şəffaf seçki mühiti maşahidə olur. Hər hansı neqativ halların olması istisna deyil.

Sosial şəbəkələrdə yayılan mənfi və ya müsbət məlumatların özü belə şəffaflığa xidmət edir. 24 siyası partiya 35 mindən çox müşahidəçi ilə bu prosesə qatılıb, 58 ölkədən 880-dən çox xarici maşahidəçi var. Bu böyük rəqəmlərdir və birbaşa seçkinin açıq olmasına xidmət edir”. /“Qafqazinfo”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər