Sizin Reklam Burada

Səməd Vəkilov səhiyyə naziri və Məzahir Pənahova müraciət etdi – VİDEO

Səməd Vəkilov səhiyyə naziri və Məzahir Pənahova müraciət etdi – VİDEO28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Səməd Vəkilov bu ərazidə baş verənlərlə bağlı səhiyyə naziri Oqtay Şirəliyev və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib.

Səməd Vəkilov Aktor.Az-a açıqlamasında bildirib ki, təmsil etdiyi seçki dairəsindən digər namizəd Eldar Quliyevin xeyrinə təbliğatda xeyli qanun pozuntusuna yol verilir.Onun sözlərinə görə, atılan addımlar Azərbaycan qanunlarına, xüsusən də Seçki Məcəlləsinin tələblərinə ziddir.Yəni, dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslər seçki dövründə hər hansı namizədin təbliğatında iştirak edə bilməz, seçiciləri ona dəstək olmağa çağıra bilməz.

“Allah heç kimin ağlını əlindən almasın! 1 saylı Respublika Psixiatriya Xəstəxanasının (el dilində Dəlixana deyirlər) baş həkimi Ağahəsən Rəsulov deputatlığa namizəd Eldar Quliyevə səs istəyir. Mən buradan Səhiyyə Naziri cənab Oqtay Şirəliyev müraciət edirəm. Cənab nazir, sizin tabeçiliyinizdə olan 1 saylı Respublika Psixiatiriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov 28 saylı sabunçu III seçki Dairəsindən deputatlığa namizəd Eldar Quliyevin seçki təbliğatı ilə məşğul olur. Xahiş edirəm onun barəsində tədbir görəsiniz. Analoji müraciətlə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova da üz tuturam ki, bu cür hallara son qoyulsun və qanuna zidd hərəkətlər hüquq çərçivəsində tənbeh edilsin” – deyə Səməd Vəkilov fikrini tamamlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər