Sizin Reklam Burada

Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib - VİDEO

Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib - VİDEO77 saylı Astara seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd, Azərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov Astarada seçkilərilə görüşüb.

Namizəd görüşün təəssüratlarını sosial səhifəsində paylaşıb:

Yüksək əhval-ruhiyyə ilə qayıtdığım Hamoşam kəndindən sonra Astara şəhərində seçicilərimlə görüşdüm.
Ağsaqqalların, ağbirçəklərin xeyir-duasını almaq, gənclərin innovativ ideyalarını eşitmək həqiqətən də insanı ruhlandırır və məsuliyyət hissini daha da artırır.
Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib - VİDEO
Yeni Azərbaycan Partiyasının namizədi kimi təşviqat dövrümdə keçirdiyim bütün görüşlərdə böyük coşqu və sevgi ilə qarşılanmağım bir daha sübut etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Astaralılar daim dövlətə və dövlətçiliyə sadiqdir.”

Seçicilərimin “Azərbaycanın cənub qapısı olan Astaramız təmiz rayondur. Biz bu paklığı qorumalıyıq. Heç vaxt imkan vermərik ki, özlərini müxalifət adlandıran, xarici himayədarlarına köləlik edən ünsürlər rayonumuzun adına ləkə salsınlar. Müstəqil dövlətimizin bu inkişafını, bu sabitliyi, bu əmin-amanlığı görmək istəməyən, sağlam düşüncə və sağlam rəqabətdən uzaq olan belələrinə aramızda yer yoxdur! Biz uşaqdan böyüyə hamılıqla İlham Əliyevin ən yaxın köməkçiləri və dayağıyıq. Allah bizi işıqlı gələcəyə doğru inamla aparan cənab Prezidentimizi, onun xanımı Mehriban Əliyevanı qorusun! Yaşasın Azərbaycanımız, Yaşasın gündən-günə yenilənən Astaramız!” deməsi məni bir astaralı kimi daha da qürurlandırdı.
Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib - VİDEO
Mən də öz növbəmdə söz verirəm ki, əgər seçilsəm, mənə göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışacağam. Bundan sonrakı fəaliyyətimdə də daim dövlətimə və xalqıma ləyaqətlə xidmət edəcəyəm.

Bir daha məni öz doğmanız kimi qəbul edib, isti və səmimi münasibət bəslədiyinizə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.

Təşəkkürlər, ASTARA!!!
Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib - VİDEO
Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib - VİDEO

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər