Sizin Reklam Burada

Rauf Əliyev YAP Qadınlar Şurasının üzvləri ilə görüşüb

Rauf Əliyev YAP Qadınlar Şurasının üzvləri ilə görüşübVI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Pirallahı qəsəbəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov partiyanın müstəqil respublikamızın inkişafında, əhalinin rifah halının yaxşılaşdırılmasında, ölkəmizin dünya birliyində rolunun genişlənməsində və digər məsələlərin həllində müstəsna xidmətlərini konkret faktlarla əsaslandırdı. Qeyd etdi ki, Azərbaycan bir dövlət kimi parçalanmaq təhlükəsi ilə qarşılaşanda xalqımızın yekdil çağırışı ilə hakimiyyətə gələn partiyamızın sədri, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoydu. Bu uğurlu işlərin Respublika Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan nəinki regionda, o cümlədən dünya birliyində də rolunu durmadan genişləndirir. Həmçinin, 1708 nəfər üzvü olan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının rayonun ictimai-siyasi və mədəni həyatında mühüm rola malik olduğunu çıxışında vurğuladı .
Rauf Əliyev YAP Qadınlar Şurasının üzvləri ilə görüşüb
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva, Qadınlar Şurasının üzvləri Sevda Alxasova , Türkan Məmmədova ölkəmizin və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması üçün mühüm töhfələr verdiyini vurğuladılar.

13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyev çıxışında ölkəmizin müstəqilliyin ilk illərindəki və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin ifadəsi kimi bugünkü inkişaf göstəricilərini əks etdirən faktlarla Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrün müqayisəli təhlilini apardı. Xüsusən Bakının ən gənc rayonu olan Pirallahı rayonunun sosial-iqtisadi inkişafının əsas göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Həmçinin, tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Pirallahı sakinlərinin rəğbətini qazanan Rauf Əliyevin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə III,IV,V çağırış Milli Məçlisin iclaslarında Pirallahı sakinlərinin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Rauf Asif oğlu Əliyevə səs verəcəklərini bəyan etdilər.
Rauf Əliyev YAP Qadınlar Şurasının üzvləri ilə görüşüb
Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işlərində qadınların xüsusi rolu olduğunu vurğuladı.

Tədbir iştirakçılarından Qaraçobanova Xatirə, Əliyeva Arzu, Puruşova Natalya, Abbasova Xuraman, Məmmədxanova Məryəm Cəfərova Nailə və digərləri mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstərilməsini xahiş etdilər.

Deputatlığa namizəd Rauf Əliyev dövlətimizin qarşıya qoyduğu vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirdi.
Rauf Əliyev YAP Qadınlar Şurasının üzvləri ilə görüşüb
Rauf Əliyev YAP Qadınlar Şurasının üzvləri ilə görüşüb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər