Siyəzənlilər YAP-a SADİQliyini 9 fevralda bir daha sübut edəcək
Yeni Azərbaycan Partiyası sübut edib ki, o, sağlam demokratik prinsiplərə söykənən, müstəqilliyimizin, iqtisadi, sosial islahatların qələbəsini təmin edən partiyadır. Bu partiya saf mənəviyyat üzərində qurulmuş partiyadır. Elə ona görə də ona olan maraq artır. Ən önəmlisi odur ki, onun sıralarında savadlı, yüksək intellektuallı gənclərin sayı durmadan çoxalır. Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu bu partiyanı, onun sədri möhtərəm cənab Prezidentimiz İlham Əliyev uğurla dəvam etdirir. Bu gün həm daxili, həm də xarici siyasətdə imza atdığımız uğurlarda, dünya əhəmiyyətli lahiyələrin həyata keçirilməsində, yeni-yeni islahatların tətbiq edilməsində, regionlarımızın gündən-günə çiçəklənməsinə, xalqın, dövrün tələblərinə uyğun sahələrin inkişafında, tikinti, quruluculuq işlərin geniş vüsət almasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür və əvəz edilməzdir.
Möhtərəm prezidentimiz İlham Əliyevin diqqəti və qayğısı nəticəsində bu gün bütün regionlar inkişaf edir.
Bu il 2020-ci ilin 9 fevralında ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Səsvermə gününı çox az bir müddət qalıb. Biz çox partiya və bitərəflərin namizədləri təbliğat və təşviqat prosesini özlərinə məxsus formada həyata keçirilər. YAP-ın layiqli təmsilçisi Sadiq Qurbanovun Siyəzən rayonunda seçicilərlə keçirdiyi tədbirlərə əsasən tam əminliklə deyə bilərəm ki, xalq onu dəstəkləyir, təsdiqləyir və bəyənir.
Mən əminliklə inanıram ki, bu seçkilərdə həmişə olduğu kimi siyəzənlilər yenə də haqqın, ədalətin tərəfində olacaq və xalqın gələcəyinə xidmət edən YAP-ın layiqli təmsilçisinə sadiqliyini bir daha subut edəcəkdir və Sadiq Qurbanova yekdilliklə səs verəcəkdir. Çünki YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Gələcəyimizə səs verək.
Bəxtiyar Seyidov
Sadiq Qurbanovun vəkili