Sizin Reklam Burada

Ülvi Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR

Ülvi Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLARMilli Məclis seçkilərinə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev Şərifzadə küçəsində seçicilərlə görüş keçirib.İzdihamlı keçən görüşdə Yasamal rayon Ağsaqqalar Şurasının sədri Cavanşir Qurbanov, rayon ağsaqqalları,rayonun hörmətli ziyalıları, şəhid ailəsi, idman ictimaiyyətinin nümayəndələri,həmçinin gənc seçicilər iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, görüşü açıq elan edən Xalq artisti Nürəddin Mehdixanlı Ülvi Quliyevin insani keyfiyyətlərindən,onun insanlara diqqətindən,seçicilərinə olan rəğbətindən bəhs edib. Professor,kulturoloq Fuad Məmmədov isə öz növbəsində Ü.Quliyevin intellektual baxışından,gənc nəslə dəstəyindən,sağlam gənclərin yetişməsində Ülvi Quliyevin rolundan danışıb. Professor bu məsuliyyətli vəzifədə namizədə uğurlar diləyib.

İdmançılar adından çıxış edən tanınmış simalar çıxışlarında onun bir idmançı,savadlı insan kimi Milli Məclisdə məhz idman ictimaiyyətini təmsil etməsindən qürur hissi duyduqlarını,bu seçkidə də ona səslərini verəcəklərini deyiblər.
Ülvi Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR
Seçicilər qarşısında hesabat xarakterli çıxış edən Ülvi Quliyev Parlamentdə 5 illik fəaliyyəti müddətində qanunvericilik və təmsilçiliklə bağlı gördüyü işlərdən danışıb. Həmçinin 2 fevral gənclər günü münasibətilə gənclərimizi təbrik edib. O,vurğulayıb ki,istər gənclərə,istərsə də yaşlı nəslə diqqət və qayğısını əsirgəmir,onların istənilən probləmlərinin həllinə biganə qalmayaraq səlahiyyəti çərçivəsində həllinə çalışır. Növbəti beş ildə də Yasamal seçicilərinin inamını qazanacağı təqdirdə parlamentdə Vətənini,millətini,seçicilərini layiqincə təmsil edəcəyini söyləyib.

Çıxış edən gənc seçici Ülviyyə Əliyeva Ülvi Quliyevin ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu gənclər siyasətinə yüksək şəkildə öz töhfəsini verdiyini, gənclərin hamisi olduğunu deyib. Şəhid ailəsi Fəxranə Seyim qızı Ülvi Quliyevin hər zaman onların sosial şəraiti ilə maraqlandığını,ən həssas məqamlarda yanlarında olduğunu, daim diqqətində saxladığını,onların haqq səsini müvafiq orqanlara çatdırdığını söyləyib.
Sonda seçicilər yekdilliklə səslərini məhz alternativsiz namizədə- Ülvi Quliyevə verəcəklərini bəyan ediblər.
Ülvi Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər