Namizədlərdən biri Aqil Məmmədovun xeyrinə geri çəkildi - Verdiyimiz xəbər təsdiqləndi

Namizədlərdən biri Aqil Məmmədovun xeyrinə geri çəkildi - Verdiyimiz xəbər təsdiqləndiBu gün 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd jurnalist Vüqar Ələkbərov ərizə ilə DSK-ya müraciət edib. O, müraciətində xahiş edib ki, onun namizədliyi ləvğ edilsin.

V.Ələkbərov ərizəsində qeyd edib ki, o namizədliyini YAP tərəfindən namizədliyi irəli sürülən Aqil Məmmədovu dəstəkləyəcək.

Ölkədə kifayət qədər hörmətə malik olan, hər zaman kasıb və xəstələrə kömək etməsi ilə tanınan Vüqar Ələkbərov bu gün geri çəkilməsi ilə bağlı inpa.az-a məlumat verib.
Jurnalist qeyd edib ki, o hər zaman YAP-ı dəstəklədiyindən onun namizədinin xeyrinə geri çəkilib.

V.Ələkbərov - Biz bitərəf olsaq da, hər zaman Yeni Azərbaycan Partiyasını dəstəkləmişik və buna davam edəcəyik. Ötən gün qərara gəldik ki, biz təbliğat təşviqat kampanyasını dayandıraq. Artıq mən bu gün rəsmən DSK-ya müraciət etdim və xahiş etdim ki, mənim ərizəmi nəzərə alsınlar. Biz bu gündən Aqil Məmmədovu dəstəkləyəcəyik.

İmza toplamada, təbliğat təşviqat kampanyasında mənə dəstək olan dostlarıma, mənə yaxın olan insanlara, məni dəstəkləyən seçicilərə öz təşəkkürümü bildirirəm və burdan məni sevən hər kəsədən xahiş edirəm ki, ölkəmizin gələcəyi naminə YAP-ın namizədi, rayonumuzda kifayət qədər hörmət sahibi olan Aqil Məmmədovu dəstəkləyəsiz.

Əziz gənclər!

Gələcəyimiz naminə YAP-ın namizədi Aqil Məmmədova səs verək, dəstək olaq.
Hər birinizə təşəkkür edirəm.

Xatırladaq ki, bir neçə gün öncə 123 saylı Kəlbəcər seçki dairəsindən namizədlərdən birinin Aqil Məmmədovun xeyrinə çəkiləcəyi ilə bağlı xəbər vermişdik. Verdiyimiz xəbər təsdiqini tapdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər