Sizin Reklam Burada

Oğlu və qohumları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi

Oğlu və qohumları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi
Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Həbs olunanlar azadlığa çıxıb.

Avrasiya.net xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə məhkəmə olub və onlar azadlığa buraxılıb.

İqbal Məmmədov mətbuata açıqlamasında bildirib ki, 6 ay müddətində istintaq araşdırması gedib:

“İstintaq araşdırması başa çatdığından məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilib. Məhkəmə Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatları və humanizm prinsiplərini rəhbər tutaraq onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm. Bu addıma görə Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər