Sizin Reklam Burada

Azay Quliyevin Naxçıvani küçəsinin seçiciləri ilə görüşündən VİDEO REPORTAJ

Azay Quliyevin Naxçıvani küçəsinin seçiciləri ilə görüşündən VİDEO REPORTAJBu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Ə.Naxçıvani küçəsinin sakinləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Azay Quliyevi seçicilər alqışlarla qarşılayıb və son 4 ildə seçicilərə verdiyi dəstəyə görə ona təşəkkür ediblər. Azay Quliyev seçicilərin müraciətlərinin daha operativ həlli üçün ilk dəfə olaraq 2020-ci ildə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadəsi üçün elektron kabinet yaratdığını deyib və görüş iştirakçılarını e-kabinetdə qeydiyyatdan keçməyə dəvət edib.

Görüşdə çıxış edən Ə.Naxçıvani küçəsinin sakinləri Azay Quliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirdiklərini və fevralın 9-da böyük mütəşəkilliklə yenidən ona səs verəcəklərini deyiblər.
Daha sonra Azay Quliyev seçicilərin şikayət etdikləri həyətlərə baxış keçirib. Azay Quliyev görüşdə qaldırılan məsələləri müvafiq qurumlarla nüzakirə edərək həllinə çalışacağını bildirib.
Sonda isə Azay Quliyev görüşdə iştirak edən bir qrup jurnalistin suallarını cavablandırıb.

Görüşdən hazırlanmış qısa video reportajı təqdim edirik

Azay Quliyevin Naxçıvani küçəsinin seçiciləri ilə görüşündən VİDEO REPORTAJ
Azay Quliyevin Naxçıvani küçəsinin seçiciləri ilə görüşündən VİDEO REPORTAJ

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər