Səməd Vəkilov rəy sorğularına liderlik edir - FOTOFAKT
Növbədənkənar parlament seçkisində iştirak edən namizədlərin şansları, onların qalib gəlmək perspektivi həm də internetdə, sosial şəbəkələrdəki müxtəlif səhifə və qruplarda aparılır.
Əlbəttə namizədlərin yüksək səs almaq imkanları müxtəlif parametrə görə qiymətləndirilməkdədir. Təbii ki, bu sırada onların keçirdiyi görüşlər, təbliğat kampaniyasının təşkili və s. qeyd etmək olar.
Qeyd etdiyimiz kimi, keçirilən onlayn sorğular namizədlərin ictimai nüfuzunu göstəricisi kimi qəbul olunur. Analoji rəy sorğularından biri yetərincə tanınmış QHT.az saytının facebook səhifəsində aparılıb.
Məsələn, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Səməd Vəkilov və Eldar Quliyevin şansları qiymətləndirilib.
Sorğuda iştirak edənlərin 87% Səməd Vəkilovu, 13% isə Eldar Quliyevi dəstəklədiyini bildiribllər.
Səməd Vəkilov - 87%
Eldar Quliyev - 13% .
Xatırladaq ki, QHT.az saytı daha çox vətəndaş cəmiyyəti təmsilçilərinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təbliğ olunduğu resurs kimi tanınır. Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.
Səməd Vəkilov digər sorğularda da rəqiblərini üstələyir.
Bakupost.az saytının keçirdiyi sorğuda 30 yanvar 2020-ci il saat 13: 25-ə olan nəticələr aşağıdakı kimidir:
VƏKİLOV SƏMƏD MUSTAFA
1143 səs
35.7%
QULİYEV ELDAR ALLAHYAR
1062 səs
33.17%
SÜLEYMANLI AYGÜN YUNİS
505 səs
15.77%
POLADZADƏ TAHİR ƏHƏD
236 səs
7.37%
SADIQOVA MEHRİBAN İBRAHİM
94 səs
2.94%
ABDULLAYEVA CƏMİLƏ SABİR
79 səs
2.47%
HÜSEYNOVA ZƏRİFƏ HÜSEYNƏLİ
38 səs
1.19%
VƏLİYEVA SAİDƏ ƏLİMƏDƏT
37 səs
1.16%
CABAROVA XATİRƏ QILMAN
8 səs