Fərid Məmmədov seçicilərlə növbəti görüşünü keçirib
82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Fərid Murad oğlu Məmmədov seçicilərlə növbəti görüşünü keçirib.
O əvvəlcə seçki platforması haqqında seçicilərinə məlumat verib, görə biləcəyi və həyata keçirilməsi vacib olan məsələlər barədə məlumat verib.
Dövlət başçısının apardığı islahatları yüksək qiymətləndirən Fərid Məmmədov xalqın, xüsusilə gənclərin islahatlara dəstəyinin vacibliyindən söz açıb. O bildirib ki, xalqın sosial rifah halının yüksəlməsi və daha yaxşı yaşaması üçün islahatlar qaçılmazdır.
Deputatlığa namizəd görüş zamanı rayonun vəziyyəti, əhalini maraqlandıran məsələlərlə yanaşı bir çox mövzuya toxunub.
Fərid Məmmədov eyni zamanda gənclərə müraciət edib. Onların yüksək intellektə malik olmasının vacibliyini önə çəkib və seçkidə aktiv iştirak etmələrini arzuladığını bildirib.
Deputatlığa namizəd həmçinin Avropaya inteqrasiyanın vacib olduğunu diqqətə çatdırıb. O bildirib ki, gənclərin beynəlxalq təşkilatlarda təmsil olunması dövlətimizin xarici siyasətinə dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda isə seçicilərin suallarını cavalandıran Fərid Məmmədov onları maraqlandıran məsələlər barədə fikirlərini bölüşüb.