Hər bir problemin həlli üçün çalışacağam - Fuad Əliyev
Dərc olunub:
30-01-2020, 11:59
26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Oskar Əfəndiyev küçəsinin sakinləri ilə növbəti dəfə görüşüb.
Fuad Əliyev bu küçədə hansı problemlər mövcüd olduğunu və hər birinin həll olunması üçün çalışacağını bldirib.
ALDP sədri qeyd edib ki, bizi təkcə öz ərazimiz yox, bütün ölkənin problemləri maraqlandırır. Bizim borcumuzdur ki, bu məsələlərin həlli üçün əlimizdən gələni edək.
Görüş zamanı seçicilərdən bir neçəsi çıxış edib.
Çıxış edən seçicilər Fuad Əliyevə söz veriblər ki, seçkidə mütləq iştirak edəcəklər və məhz ona səs verəcəklər.