Deputatlığa namizəd Süleyman İsmayılbəyli:” Cənab Prezidentin çağırışlarının dəstəkləyicisi olacam”
48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Süleyman İsmayılbəyli feysbuk dostlarına çağırış edib: “Əziz dostlar. Artıq seçki prosesinin mühüm bir dövrüdür. Bu müddət ərzində mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çoxları haqlı və ya haqsız olaraq seçkilərə qatılmağıma irad bildirir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq buradan bir məsələni qeyd etmək istəyirəm ki, mən Cənab Prezidentin yeni formalaşacaq qanunverici orqanla bağlı fikirləri, eləcə də dövlət başçısının bu istiqamətdəki çağırışlarına dəstək olaraq seçki prosesinə qoşulmuşam. Bundan sonra da bir Azərbaycan vətəndaşı, mətbuat nümayəndəsi olaraq Cənab Prezidentin daxili və xarici siyasətinin fəal təbliğatçısı, Onun çağırışlarının dəstəkləyicisi olacam. Ona görə də yola davam.”