İradə Polad kəndlərdə seçicilərilə görüşlərini davam etdirir
Dərc olunub:
28-01-2020, 17:17
58 saylı Hacıqabul-Kürdəmir Seçki dairəsindən deputatlığa namizəd olan Nəsirova İradə Polad qızı (İradə Polad) Seçki qərargahının üzvləri ilə birlikdə kəndlərdə seçicilərlə görüşlərini davam etdirir.
Namizədin Seçki qərargahından verilən məlumata görə, İ. Polad Hacıqabul rayonun Nəvahi, Atbulaq və Qızılburun kəndlərində olub, seçicilərlə görüşüb, onların problemlərini dinləyib və həlli yolları ilə bağlı müzakirələr aparıb.
Seçicilər İ. Polada onları ziyarət etdiyinə görə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, onlar parlamentdə İ. Polad kimi vətənpərvər bir millət vəkilini görmək istəyirlər. Buna görə də ona səs verəcəklərini deyiblər.