Sizin Reklam Burada

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - ALDANMAYIN!

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - ALDANMAYIN!Son günlər sosial şəbəkələrdə, xüsusən İnstagram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir:

“Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar, hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur”.

Rəsmi məlumata görə, Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur:

“Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik”.DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - ALDANMAYIN!
DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - ALDANMAYIN!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər