Sizin Reklam Burada

Köçəsgər sakinləri Mütəllim Rəhimova səs verəcəklərini dedilər

Köçəsgər sakinləri Mütəllim Rəhimova səs verəcəklərini dedilər
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimovun seçiciləri ilə görüşləri davam edir.
Mütəllim Rəhimov bu gün Ağstafa rayonunun Köçəsgər kəndində izdihamlı görüş keçirib. Ədalət partiyasının sədri İlyas İsmayılovun vaxtilə bu kəndin deputatı olduğunu xatırladan seçicilər ona rəğbətlərini ifadə ediblər. Onlar indiki seçkilərdə də fəallıq göstərməyə hazır olduqlarını bildiriblər. Təki səsləri ədalətli sayılsın, iradələri nəzərə alınsın.
Köçəsgər sakinləri Mütəllim Rəhimova səs verəcəklərini dedilər
Seçicilər səslərini səlahiyyətli orqanlara çatdıran şəxsə ehtiyaclarının olduğunu deyiblər. “Biz seçkidən-seçkiyə gələn deputatı istəmirik” - deyən kənd ağsaqqallarından biri bunu Prezident İlham Əliyevə çatdırmağı namizəd Mütəllim Rəhimovdan xahiş edib.
Köçəsgər sakinləri Mütəllim Rəhimova səs verəcəklərini dedilər
Heç bir yerdə işləmədiyini deyən və iş axtaran gənclərdən biri onlarla görüşə gələn deputatlarından nə iş görübsən sualına “Avropa ölkələrinin hamısında olmuşam” cavabını eşitdiyini deyərək, belələrinin aparılan islahatlar prosesini gözdən saldığını vurğuladı.
Köçəsgər sakinləri Mütəllim Rəhimova səs verəcəklərini dedilər
Mütəllim Rəhimovu yaxşı tanıdıqlarını bildirən kənd sakinləri onu əmin etdilər ki, Köçəsgərlilər başqa şəxsə yox, yalnız ona səs verəcəklər.
Kənd sakinlərindən biri isə qeyd etdi ki, M.Rəhimovun seçki şüarına adekvat olaraq mən də deyirəm ki, “biz də sizə güvənirik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər