Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər

Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər
Bir neçə gün əvvəl “Toyota Motor” şirkətinin Rusiyada “Highlander”, “Land Cruiser Prado”, “RAV4” və “Lexus” RX200T, RX350, RX450H modellərində ön şüşə yuyucusunun forsunkalarında aşkarlanan problemlərlə bağlı avtomobillər geri çağırılıb. Təkcə Rusiyadakı kampaniya çərçivəsində 80,6 min avtomobil geri çağırılıb.

Digər geri çağırılma ABŞ bazarında istismar olan "Corolla" (2011-2019-cu illər), "Matrix" (2011-2013-cü illər), "Avalon" (2012-2018-ci illər) və "Avalon Hybrid" (2013-2018-ci illər) modellərinə şamil olunur ki, məhz bu modellərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı elektron nasazlıq aşkarlanıb. Kampaniya çərçivəsində ABŞ-da 2,9 milyon avtomobil, ümumiyyətlə isə, "Toyota Motor" bütün dünya üzrə 3,4 milyon avtomobili geri çağırıb.

Müxtəlif illərdə “Mercedes-Benz”, “Tayota”, “Volksvagen”, “Porşe”, “Honda” kimi şirkətlərin də müəyyən səbəblərdən geri çağrılma kampaniyası elan etdiyi məlumdur. Amma maraqlıdır ki, Azərbaycanda rəsmi dillerlər tərəfindən belə elanların verildiyi müşahidə edilməyib.

Bu barədə Modern.az-a danışan ekspert Ramil Osmanlı bildirib ki, geri çağırılma rəsmi dillerlər tərəfindən həyata keçirilir:

“Azərbaycandakı rəsmi dillerlər isə bu sahədə olduqca passivdirlər. Bu da ondan irəli gəlir ki, həmin markaların ölkəyə idxalında çox kəskin qiymət dəyişikliyi baş verir. Onların geri çağırılması zamanı itkilər böyük olduğundan bir çox hallarda rəsmi dillerlər bu barədə informasiyanı nəqliyyat alanlardan gizlədirlər”.

Ekspertin sözlərinə görə, bütövlükdə hansısa şirkət müəyyən illər arasında istehsal etdiyi konkret marka ilə bağlı elan verirsə ki, istehsalla bağlı defekt var, bu artıq istənilən ölkəyə idxal olunan nəqliyyat vasitələrinə aiddir, o cümlədən də bizim ölkəmizə idxal olunanlara:



“Şirkət elan edirsə ki, problem var, “Bizə idxal olunan partiyada deffekt yoxdur”, deyə bir şey yoxdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər